Modern.az

Azərbaycan və Almaniya hökumətləri arasında müqavilə imzlaandı

Azərbaycan və Almaniya hökumətləri arasında müqavilə imzlaandı

Aktual

3 Sentyabr 2016, 11:38

Cari ilin 2 sentyabr tarixində AFR XİN-nində “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında Saziş” imzalanıb.

 

Modern.az xəbər verir ki, sazişi Azərbaycan Respublikası hökuməti adından Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Almaniya Federativ Respublikası Hökuməti adından AFR XİN-nin ümumi idarəsinin rəisi  Volfqanq Dold imzaladılar.

 

Qeyd olunan sazişə görə hər iki dövlətdə akkreditə olunmuş diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinə qəbul edən dövlətdə ödənişli əmək fəaliyyəti ilə məşğul olmağa qarşılıqlı əsasda icazə verilir.

 

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı