Modern.az

İlham Əliyev Masallıda “ASAN həyat” kompleksinin açılışında iştirak edib

İlham Əliyev Masallıda “ASAN həyat” kompleksinin açılışında iştirak edib

Aktual

3 Sentyabr 2016, 11:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində “ASAN həyat” kompleksinin açılışında iştirak edib.

 

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Məlumat verildi ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

 

Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı