Modern.az

Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

Aktual

5 Sentyabr 2016, 21:14

Bu gün Rio-de-Janeyroda Paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Modern.az saytı Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, mərasimdə paralimpiyaçılarla yanaşı, Azərbaycandan gəlmiş qonaqlar və Braziliyadakı səfirliyimizin nümayəndəsi iştirak edib.

 

Tədbirin sonunda Azərbaycan paralimpiyaçılarının missiya rəhbəri Şaiq Həmidov rəmzi olaraq Paralimpiya kəndinin rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.

 

Qeyd edək ki, Rio Paralimpiya Yay Oyunları sentyabrın 7-də başlayacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı