Modern.az

Salyan sakini balta ilə qətlə yetirilib -YENİLƏNİB

Salyan sakini balta ilə qətlə yetirilib -YENİLƏNİB

Aktual

5 Sentyabr 2016, 23:36

Salyan rayonunda qətl hadisəsi baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Tale Davudzadə küçəsində yaşayan Elçin Eldar oğlu Babayev naməlum şəxs və ya şəxslər tərəfindən başından aldığı balta zərbəsi nəticəsində dünyasını dəyişib. Salyan şəhəri, T.Davudzadə küçəsində yaşayan Elçin Babayevin qətlə yetirilmiş meyidi yaşadığı evdə bacısı tərəfindən aşkar edilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

 

22:54


Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 41 yaşlı Elçin Babayev avqust ayının 20-də 4 illik məhkumluq çəkdikdən azadlığa çıxıbmış. O, ailəsindən ayrıldığından, bacısı ilə eyni evdə yaşayırmış.

 

Bu gün günorta saatlarında Elçin qonşuluqda yaşayan, narkomaniyadan əziyyət çəkən 40 yaşlı Seymur Seyran oğlu ilə evlərində içki məclisi qurub. Bir müddət sonra isə Seymur evlərinə gedib, Elçin isə sərxoş vəziyyətdə yatıb.

 

Yaxınlıqdakı ərzaq mağazasına bazarlığa gedən bacısı geri dönərkən qardaşı Elçini sağ gicgah nahiyəsində balta saplanmış vəziyyətdə ölü aşkar edib.

 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən qətli törətməkdə şübhəli bilinərək qaçıb gizlənmiş Seymur Seyran oğlunun tapılaraq istintaqa cəlb olunması istiqamətində operativ əməliyyat tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, Seymur Seyran oğlu da əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2 dəfə məhkumluq həyatı yaşayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı