Modern.az

Keçmiş nazir oğlunun yandırılan otelinin yerində yeni açılış olacaq

Keçmiş nazir oğlunun yandırılan otelinin yerində yeni açılış olacaq

Aktual

6 Sentyabr 2016, 09:43

2013-cü ilin yanvar ayında İsmayıllı rayonunda yerləşən “Çıraq” adı ilə tanınan məşhur otelin  yandırılması böyük rezonans yaratmışdı.

Hadisənin törədilməsindən əsas səbəblərdən biri həmin otelin keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsusluğu iddia edilirdi. O zaman Vüqar Ələkbərov və işçilərinin İsmayıllı sakinlərinə saymazyana münasibəti buna rəvac vermişdi. Olaydan sonra yandırılan otelin yerində daha böyük mehmanxananın tikiləcəyi anonsu  verilmişdi. 

Amma “Çıraq” otelinin yerində yenisi inşa olunmadı, orada digər təyinatlı bina ucaldıldı.

İsmayıllı  rayon icra başçısının  birinci müavini  Rövşən Ağayev  Modern.az-a  açıqlamasında  “Çıraq” otelinin  yerində  tikilən binadan  danışıb.

“İsmayıllıda vaxtilə yandırılan “Çıraq”  otelinin yerində  iki beşmərtəbəli  bina inşa edilib.  6-7 ay  olar  ki, həmin binaların tikintisi  başa çatdırılıb. Hələ ki,  istismara qəbul tədbirləri  gedir”.

İcra  başçısının  müavini  vaxtilə   yandırılan  “Çıraq” otelinin  yerində  dəbdəbəli otel  tikintisi ilə bağlı səslənən  fikirlərə də aydınlıq gətirib.

““Çıraq” yandırılandan sonra onun yerində yenidən otel tikintisinə  başlamaq təşəbbüsü olmayıb. Yandırılan ərazidə yaşayış binasının bünövrəsi qoyulub”.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı