Modern.az

Əhliman Əmiraslanov Sabirabadda görüş keçirdi

Əhliman Əmiraslanov Sabirabadda görüş keçirdi

Aktual

6 Sentyabr 2016, 09:49

Sabirabad rayonunda“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun geniş yığıncağı keçirilib.

 

“Həmrəy olaq, hə deyək!” devizi ilə keçirilən tədbiri  açıq elan edən YAP-ın Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev  26 sentyabr 2016-cı ildə Azərbaycanda keçiriləcək referendum haqqında məlumat verərək ümumxalq səsverməsinə çıxarılacaq Konstitusiyaya əlavə və dəyişikliklər haqqında çıxış edib.

 

Sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək  Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi  olduğunu qeyd edib.

O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək bu dəyişikliklərin dövlətçiliyimizə  böyük töhfələr vərəcəyini bildirib.

Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin  vacib olduğunu qeyd edib.

 

Akademik Ə. Əmiraslanov  Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesindəki geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı  və gündən-günə çiçəklənməsindən  bəhs edib.

 

Deputat  Elçin Quliyev çıxış edərək Konstitusiyaya əlavə və dəyişikliklərin günün tələbi olduğunu bildirərək son illər regionlarda, o, cümlədən Sabirabad rayonunda görülən işlərdən və inkişafdan söz açmışdır.

 

Sonda deputatlar görüşdə iştirak edən ziyalılar, veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırıblar.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı