Modern.az

Əli Kərimlinin müşaviri 1 günlük azadlığa buraxıldı

Əli Kərimlinin müşaviri 1 günlük azadlığa buraxıldı

Aktual

6 Sentyabr 2016, 11:19

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim atasının yas mərasimi üçün sərbəst buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə onun oğlu Turan İbrahim bildirib.

 

Onun sözlərinə görə, M.İbrahim hazırda azadlıqdadır və yas mərasimi üçün Yevlax rayonuna yola düşüb.

Xatırladaq ki, M. İbrahimin atası sentyabrın 3-də vəfat edib və bu gün 3 mərasimidir.

 

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə M. İbrahim 3 il  müddətinə azadlıqdan məhrum edilib. M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə ötən il sentyabrın 30-da həbs olunub.

 

O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı