Vinnitski vilayətində rayon rəhbərinin işindən razı qalmayan sakinlər məmuru zibil yeşiyinə atıblar. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, zərərçəkən artıq polisə şikayət edib.
Xəbərdə qeyd edilir ki, Viktor Slopanyukun fəaliyyətinə etiraz etmək üçün 50-yə yaxın adam gəlib. Məmurla ünsiyyət zamanı bir neçə nəfər onu tutub zibil yeşiyinə atıb.
İnsident bir qrup şəxsin xuliqanlığı kimi qiymətləndirilib. Polis hazırda araşdırma aparır.
Modern.az