Modern.az

Azadlıq” qəzetinin çapı dayandırıldı

“Azadlıq” qəzetinin çapı dayandırıldı

Aktual

6 Sentyabr 2016, 11:30

 

“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Modern.az xəbər verir ki, buna səbəb qəzetin nəşriyyata olan borclarıdır.

 

Qeyd edək ki, “Azərbaycan” Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a vaxt vermişdi. Amma deyilən müddətdə vəsait ödənilmədiyindən qəzetin çapı dayandırılıb.

 

“Azadlıq”ın ondan istənilən vəsaiti ödəyə bilməməsinə səbəb qəzetin bank əməliyyatları apara bilməməsidir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı