Modern.az

“Bu şəhərdə”nin aktoyru 3-cü dəfə əməliyyat olundu - FOTO

“Bu şəhərdə”nin aktoyru 3-cü dəfə əməliyyat olundu - FOTO

Aktual

6 Sentyabr 2016, 16:06

 

Tanınmış gülüş ustası, “Bu şəhərdə” yumoristik qrupunun aktyoru, əməkdar artist Coşqun Rəhimov əməliyyat olunub. 

 

Modern.az xəbər verir ki, bu haqda “Bu şəhərdə”nin layihə rəhbəri, ssenarist Müşfiq Abbasov məlumat yayıb.

 

O deyib ki, aktyor Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub:

 

“3 saatlıq əməliyyat uğurla keçib, hər şey yaxşıdır. Bu üçüncü əməliyyatdır. İnşallah, elə sonuncu olar”. 

 

C. Rəhimov şiş xəstəliyindən əziyyət çəkir.

 

Xatırladaq ki, aktyor Coşqun Rəhimov hələ 2010-cu ilin noyabrında qalxanvarı vəzisindəki şişlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Həkimlər ona ömürlük xüsusi dərman qəbul etməyi tapşırıblar. 

2011-ci ilin oktyabrında isə Heydər Əliyev Sarayında çıxış zamanı Coşqunun halı proqramın ortasında pisləşmiş və o, özündən getmişdi. O zaman məlum olmuşdu ki, Coşqun bəzi hallarda həkimlərin təyin etdiyi dərmanı vaxtlı-vaxtında qəbul etmirmiş.

Sonradan o, daha bir dəfə əməliyyat olundu.

 

Gülşən RAUFQIZI 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı