Putin Çində keçirilən G-20 sammitindən qayıdarkən Səmərqəndə gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentini Özbəkistanın Baş Naziri Şəvkət Mirziyoyev qarşılayıb.
Daha sonra isə liderlər İslam Kərimovun torpağa tapşırıldığı Həzrət Xızır Qəbiristanlığına gediblər. Putin Kərimovun məzarını ziyarət edib.
Qeyd edək ki, İslam Kərimov sentyabrın 2-də vəfat edib.
Mirmahmud KAZIMOĞLU