Çinin şərqində 2012-ci ildə yol qəzasında hər iki ayağını itirən oğlan atasının ona hazırladığı protezlərin köməyi ilə məktəbə gedib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, faciə üzündən Qao Jiyu 4 dərs ilini buraxıb.
Ancaq indi məktəbdə təhsilini uğurla davam etdirir. Jiyu xəstəxanada olanda vaxtını fövtə verməyib və sərbəst şəkildə oxuyub.
11 yaşlı oğlanın atası onun üçüni ağacdan xüsusi ptorez düzəldib və o əllərinin köməyi ilə yeriməyə imkan verir.
Jiyu bu il sentyabrın 1-də sərbəst məktəbə gəlib və həvəslə təhsil almağa başlayıb.
Modern.az