Modern.az

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Aktual

7 Sentyabr 2016, 10:28

Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev Modern.az-a məlumat verib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq.

 

M. Abdullayev deyir ki, sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq  və sentyabr 10-11-nə kimi davam edəcək.

 

Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassa vasitəsilə həyata keçirilir.

 

Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub.

 

Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi 9-10 min sərnişin yola salınırsa, bayram günlərində 600-dən yuxarı nəqliyyat vasitəsi və 15 mindən yuxarı sərnişin yola salınması nəzərdə tutulub.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı