Modern.az

Vətəndaş öz əli ilə öz cibinə ziyan vurur - FOTOLAR

Vətəndaş öz əli ilə öz cibinə ziyan vurur - FOTOLAR

Aktual

7 Sentyabr 2016, 12:05

Paytaxtın iki prospektində təmir olunmuş səkilər vətəndaşlar tərəfindən yarasız hala salınıb. Modern.az xəbər verir ki, bu haqda “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.

Vətəndaşların etinasız yanaşdığı ərazilərdən biri iki ay bundan əvvəl təmir edilmiş Nəsimi rayonu Hüseynbala Əliyev küçəsidir.

Qurum rəsmisi ərazidən fotoları paylaşaraq “Səki daşları dağıdılıb... Bunu edənlərə indi nə ad verəsən?!” deyə sual edib.

Vətəndaşların “hücumuna” məruz qalan digər ərazi Nizami rayonu Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsidir

A.Nəcəfli bu fotoları “Elə bil düşmən malıdır! Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlət büdcəsinin də bir hissəsi vergilər hesabına formalaşır, vətəndaşların ödədiyi vergi hesabına. Dövlət əmlakına maddi ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar. Hələ mən bunun digər tərəflərini demirəm” şərhini verib.

 

Modern.az oxuculara həmin fotoları təqdim edir:

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı