Modern.az

1042 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

1042 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Aktual

7 Sentyabr 2016, 14:10

Sentyabrın 6-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi prosesi başa çatıb.

 

Bu haqda Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11 avqust–6 sentyabr 2016-cı il tarixlərində pilot olaraq, Bakı və Gəncə şəhərlərində reallaşdırılıb.

 

Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.

 

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə 1848 nəfər müraciət edib. Onlardan 1042 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 7–12 sentyabr 2016-cı il tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:

 

1. Təhsil haqqında sənədin əsli;

2. Tibbi arayış;

3. Şəxsiyyət vəsiqəsi (surəti);

4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər)

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı