İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq, digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi ilə Gənclər və Idman Nazirliyi tərəfindən müsbət qarşılanmayıb, onlardan rəsmən imtina edilib.
Bu barədə Modern.az-a Gənclər və Idman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.
“Paralimpiya oyunlarının bu gün başlanmasını, rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina etmiş və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılmışılar”,-deyə o, əlavə edib.
Xatırladaq ki, Rio-2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.
Modern.az