Sentyabr ayının 8-də saat 10.45-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə ömürlük azadlıqdan məhrum olunmuş 3 şəxsin şikayət ərizəsinə baxılacaq.
Modern.az xəbər verir ki, bu haqda vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, şikayət Elçin Əmiraslanovun, Arif Kazımov və Səfa Poladovun barəsində təyin edilmiş ölüm cəzasının qanunsuz olaraq ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi ilə bağlıdır.
“Belə ki, onların barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan CM-nin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə ərizəmə baxılacaq”.
Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov16 dekabr 1996-ci ildən bəri cəza çəkirlər və 16 dekabr 2016-cı ildə cəzalarının 20 ili tamam olur.
Gülşən RAUFQIZI