Avqustun 29-da Ucarda su kanalında batan şəxsin cəsədi bu gün tapılıb.
Bu haqda Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumatda bildirilib.
Həmin tarixdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonu, Quləbənd kəndində Qəryan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
7 sentyabrda 1973-cü il təvəllüdlü Quliyev Təhmuraz Hüseyn oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:35-də başa çatıb.
Modern.az