Modern.az

Putinə təsir göstərə biləcək dünya liderinin adı AÇIQLANDI

Putinə təsir göstərə biləcək dünya liderinin adı AÇIQLANDI

Aktual

7 Sentyabr 2016, 20:03

Rusiya prezidenti Vladimir Putinə dünya liderləri arasında yeganə təsir göstərə biləcək şəxs Almaniyanın kansleri Angela Merkeldir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

 

Onun sözlərinə görə, Merkel müxtəlif məsələlərlə bağlı Putinin mövaqeyinə təsir edə bilər.

 

“Fakt budur ki,  Merkel əgər dünya səviyyəli siyasətçi deyilsə belə, yeganə Avropa lideri kimi Putinlə birbaşa ünsiyyət qurmağı bacarır. Bu səbəbdən o, Rusiya lideri ilə əsl həqiqəti danışmağı və onun mövqeyinə təsir etməyi bacarır”, - Melnik vurğulayıb.

 

Onun fikrincə, Avropanın digər heç bir liderinin bunu bacara biləcəyi heç ağlına da gəlmir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...