Balakən rayonunda zəlzələ baş verib.
Modern.az saytı xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 20:57:44-də Zaqataladan 19 km şimal-qərbdə Balakən ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində isə 4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində dağıntı barədə hələlik məlumat verilmir.
Zəlzələ nəticəsində tələfat olmasa da, inzibati və yaşayış binalarında çatlar əmələ gəlib.
Modern.az