Modern.az

ABŞ nefti üçün qiymət proqnozlarını dəyişib

ABŞ nefti üçün qiymət proqnozlarını dəyişib

Aktual

8 Sentyabr 2016, 00:41

ABŞ Energetika Nazirliyinin Enerji Məlumat İdarəsi (EIA) neft üçün qiymət proqnozlarını dəyişib. Modern.az saytı  APA-ya istinadən  xəbər verir ki, bu barədə EİA-nın aylıq hesabatında bildirilir.

 

Belə ki, Brent neftinin 2016-cı il üçün orta qiyməti avqust proqnozundan yuxarı olaraq 42,54 dollar/barel olaraq müəyyən edib.  2017 il gözləntisi dəyişməz qalıb -  51,58 dollar/barel.

 

West Texas Intermediate (WTI) neftinin qiymətinin Brentdən aşağı olacağı gözlənilir- 41,92 dollar/barel. 2017-də isə, proqnozlara əsasən, WTI neftinin qiyməti 50,58 dollar/barel təşkil edəcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı