Modern.az

Məhkəmə keçmiş müstəntiqin vəkilinə vaxt verdi

Məhkəmə keçmiş müstəntiqin vəkilinə vaxt verdi

Aktual

8 Sentyabr 2016, 10:33

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçmiş müstəntiq, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu  Rüfət Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Modern.az xəbər verir ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Bəhruz Bayramov vəsatət qaldırıb. O, müdafiə çıxışı üçün məhkəmədən bir həftə vaxt istəyib.

Məhkəmə onun vəsatətini qismən təmin edib. Belə ki, hakim prosesi bu gün saat 16:30-dək təxirə salıb.

Xatırladaq ki, bundan əvvəlki məhkəmədə dövlət ittihamçısı R.Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasını təmin edib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı