Modern.az

Rəhman Rəhmanov uşaqları sevindirdi

Rəhman Rəhmanov uşaqları sevindirdi

Aktual

8 Sentyabr 2016, 11:07

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, Respublikanın əməkdar artisti, Rəhman Rəhmanov Mingəçevir Dövlət Dram teatrının  dəvəti  ilə adıçəkilən teatra yollanıb.

 

Modern.az xəbər verir ki, Mingəçevir şəhərdə yerləşən uşaq bağçaları və körpələr evlərində ”Şəngülüm, Şüngülüm, Məngülüm” qədim xalq nağılını aktyor kuklaların dili ilə uşaqlara çatdırıb.

 

Onun təqdim etdiyi bu tamaşa mingəçevirli balaca fidanlar tərəfindən çox böyük sevinclə qarşılanıb.

Azyaşlı tamaşaçılar qarşısında çıxış edən əməkdar artist uşaqlarla, müəllim və valideynlərlə maraqlı görüşlər keçirib.

Həmçinin,uşaqların sevimlisi olan əməkdar artist Rəhman Rəhmanov  bu ilin oktyabr ayında Mingəçevir Dövlət Dram teatrının dəvəti ilə  yerlı aktyorlarla birgə yeni iki tamaşa hazırlayacaq və yenidən Mingəçevirdə uşaqların qonağı olacaq.

Birlikdə əyləncənin gözəlliyi və pis əməllərdən uzaqlaşmaqla daha səmərəli işlərə maraq oyadan 45 dəqiqəlik yeni tamaşalar uşaqlara xoş istirahət bəxş edəcək.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı