Modern.az

"Güllüoğlu Baklavaları" şirkətinin sahibi tutuldu

"Güllüoğlu Baklavaları" şirkətinin sahibi tutuldu

Aktual

8 Sentyabr 2016, 11:55

Türkiyə Prokurorluğunda “Fətullahçı” terror təşkilatı (FETÖ) ilə əlaqadə şübhəli bilinən daha 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.


Modern.az saytı Haberturk-ə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan 65 nəfərdən 27-si məhkəmə nəzarətində olmaq şərti ilə sərbəst buraxılıb, 27 nəfərin məhkəmə istintaqı isə davam edir. 

Barəsində həbs qərarı çıxarılan şəxslər arasında tanınmış iş adamları da var. Onlardan biri məşhur "Güllüoğlu Baklavaları" şirkətinin sahibi Faruk Güllüdür.


Qeyd edək ki, "Güllüoğlu Baklavaları" şirkətinin Bakıda da xeyli mağazası fəaliyyət göstərir...



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...