ABŞ-da Respublikaçıların prezident namizədi Donald Trump, Vladimir Putinin Obamadan daha yaxşı lider olduğunu deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-yorkda veteranlar ilə görüş keçirdib. O, görüş zamanı bildirib ki, Vladimir Putinin Obamadan daha yaxşı liderdir çünki onu xalqın 82 faizi dəstəkləyir.
“Mən əgər prezident seçilsəm Putinlə yaxşı, çox yaxşı münasibət quracam”.
Tramp həmçinin yarım saat davam edən görüş zamanı bildirdi ki, Obamanın rəhbərliyi altında olan generallar ordunu xarabalığa çeviriblər.
Mirmahmud KAZIMOĞLU