Modern.az

Elmar Məmmədyarov Fransada danışıqların sürətləndirilməsindən danışıb

Elmar Məmmədyarov Fransada danışıqların sürətləndirilməsindən danışıb

Aktual

8 Sentyabr 2016, 12:29

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikasının Avropa Məsələləri üzrə Dövlət Naziri Harlem Desir ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barəsində ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər münaqişənin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər.


Nazir Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.


Görüşdə həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı