Modern.az

Suriyalı qadın Yerevanda intihar etdi  

Suriyalı qadın Yerevanda intihar etdi   

Aktual

8 Sentyabr 2016, 12:45

Yerevandakı “Konqress” hotelində gənc qadın faciəli hadisə nəticəsində ölüb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, qadın özünü 6-cı mərtəbədən atıb.

 

Onun Suriya vətəndaşı, 32 yaşlı E.Arşaluys olduğu müəyyənləşdirilib.

 

Hotelin işçiləri deyiblər ki, özünü atan qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbi araşdırılır.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı