Modern.az

Məktəblilər üçün təşkil olunan yay düşərgəsi başa çatdı

Məktəblilər üçün təşkil olunan yay düşərgəsi başa çatdı

Aktual

8 Sentyabr 2016, 12:46

Milli Məclisin Əmək və Sosial-Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda, İdman və Gənclər Nazirliyinin dəstəyi ilə “Azərbaycan—Doğma Diyarımdır” adlı məktəbli gənclər üçün təşkil olunmuş yay istirahət düşərgəsində görüş keçirmişdir.

 

Əllidən çox yeniyetmə və gəncin iştirak etdiyi səmimi görüşdə ölkədə və dünyada baş verən proseslərdən, hörmətli prezidentimiz İlham Əliyev cənablarının uşaqlar və gənclər, ümumilikdə ölkəmizin bütün sosial qrupları üçün apardığı genişmiqyaslı sosial siyasətdən danışaraq maraqlı diskussiya üçün şərait yaratdı.

 

Tədbirdə iştirak edən Respublikamızın Beyləqan, Zərdab, Lənkəran və digər rayonlarından olan məktəblilər: Əsədova Günül, Məmmədova Kəmalə, Əhədov Vəfadar Millət Vəkilinə onları maraqlandıran bir sıra suallar vermiş, aydın və ətraflı cavaba görə məmnun qaldıqlarını bildirmişlər.

   

Sonda yay düşərgəsinin dincələnləri adından onlara göstərilən bu qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə öz təşəkkür və razılıqlarını bildirmiş, Millət Vəkili ilə xatirə şəkli çəkdirmişlər.

 

 

    Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı