Səhiyyə Nazirliyi Azərbaycanda təcili yardım xidmətinin ödənişli olacağı ilə bağlı məsələlərə aydınlıq gətirib.
Modern.az xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında məsələnin gündəmdə olmadığını deyib.
O qeyd edib ki, kimisi təzyiqini və yaxud da temperaturunu ölçdürmək üçün təcili yardım çağırır:
“Çağırışlar dövlətə maliyyə vəsaitinə başa gəlir. Ancaq təcili yardımın ödənişli olması Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil, dövlət səhiyyə xidməti pulsuzdur".
Gülşən RAUFQIZI