“Meyit orqanlarının transplantasiyası etik bir məsələdir”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, Azərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var:
“Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki, millətin etik normaları var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi gələcəyin işidir”.
Nazir müavini bildirib ki, orqan transplantasiyalarının həyata keçirilməsi regionlarda da baş tuta bilər.
Gülşən RAUFQIZI