Modern.az

“Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”nın təsis yığıncağı olacaq

“Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”nın təsis yığıncağı olacaq

Aktual

8 Sentyabr 2016, 16:58

Azərbaycan Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda  “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.

Bundan irəli gələrək, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə “Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”nın 9 sentyabr 2016-cı il tarixində təsis yığıncağını keçirəcək.

Şuradan Modern.az-a bildirilib ki, tədbir dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı