Modern.az xəbər verir ki, Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib. Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, məktəbli geyimlərinin alınması ilə bağlı məcburetmə tədbirləri tətbiq edilə bilməz:
“Valideynlərə üz tutaraq demək istəyirik ki. Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının valideynlər qarşısında müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”.
Gülşən RAUFQIZI