Modern.az

Arvadından bezən ər oğurluğa əl atdı  

Arvadından bezən ər oğurluğa əl atdı  

Aktual

8 Sentyabr 2016, 17:35

70 yaşlı kişi arvadından canını qurtarmaq üçün oğurluq edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qeyri adi oğurluq hadisəsi ABŞ-da baş verib. 70 yaşlı kişi banklardan birinə girərək “üstümdə silah var pulları ver” deyib. Bank işçisi ona 3 min dollar pul verib.

 

Kişi pulu alaraq bankda stulların birində oturub. Təhlükəsizlik işçisi içəri girəndə “axtardığın adam mənəm “ deyərək onun yanına gedib. Təhlükəsizlik işçisi onu tutaraq polis bölməsinə aparıb.

 

 Dindirilmə zamanı o, arvadı ilə eyni evdə yaşamaqdansa, həbsxana kamerasında yaşamağı üstün tuturam sözlərini deyib.

 

Polis, 70 yaşlı Lourens Con Rippleni istəyi əsasında həbs edərək həbsxanaya göndərib.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!