Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında finala yüksəlib. Modern.az saytı xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz yarımfinalda yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gəlib.
Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.
****
Bayram Mustafayev finalda uduzaraq gümüş medal qazanıb.
Modern.az