Modern.az

Neftin qiyməti 50 dolları ötüb

Neftin qiyməti 50 dolları ötüb

Aktual

8 Sentyabr 2016, 23:56

Neftin dünya qiymətləri fəal şəkildə artmaqda davam edir.  Modern.az saytı "Report"a istinadən  xəbər verir ki, cümə axşamı keçirilən hərracların nəticələrinə görə, "Brent" markalı neftin qiyməti avqustun 26-dan bu yana ilk dəfə psixoloji mühüm qiymət həddini aşaraq bir barel üçün 50 dolları ötüb.

Bakı vaxtı ilə 22.20-yə olan vəziyyətə görə, "Brent"in noyabr fyuçerslərinin qiyməti 4,23% artaraq bir barelə görə 50,01 dollar təşkil edib.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 4,73% artaraq bir barel üçün 47,65 dollara çatıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı