2016-cı ilin sentyabr ayının 3-dən 8-dək Qırğızstanın Çolpon-Ata şəhərində “II Ümumdünya Köçərilər Oyunları” keçirilib. Oyunlara 62 ölkədən 500-dən çox idmançı qatılıb.
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimovun başçılıq etdiyi böyük nümayəndə bu oyunlarda iştirak edib.
Həmçinin, “II Ümumdünya Köçərilər Oyunları” çərçivəsində, sentyabr ayının 3-dən 7-dək Qırğızstanın Kırçın bölgəsində və Çolpon-Ata şəhərinin ippodromunda böyük mədəni tədbirlər keçirilmişdir. Tədbirlərdə Qırğızstan Prezidenti, Prezident Aparatının, Hökumətin, Parlamentin yüksək vəzifəli şəxsləri iştirak ediblər.
İdmançılarla yanaşı Azərbaycandan jurnalistlər də bu oyunlara dəvət olunublar. Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi Qırğız Respublikasına səfər edəcək jurnalistlər arasında “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İlham” qəzetinin baş redaktoru Əmir Pəhləvan, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə müxbiri Fizuli Məcidli və digərləri kimi tanınmış jurnalistlərimiz var.
Azərbaycan həmçinin, mədəni tədbirlərdə də iştirak etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycanın xalq artisti, opera müğənnisi Fidan Hacıyeva, opera müğənnisi Ələsgər Əliyev, həmçinin muğam xalq musiqisini ifa edən “Üçlük” qrupu (Sahib Paşazadə, Hüseyn Məlikov, Toğrul Əsədullayev) bu tədbirlərdə iştirak etmək üçün Qırğız Respublikasına olmuşlar. Çoxsaylı tamaşaçılar sənətçilərimizin çıxışlarını hərarətlə qarşılanıb.
Qeyd olunmalıdır ki, 2013-cü ilin avqust ayının 16-da Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının III Sammitində qəbul olunan qətnaməyə əsasən 2014-cü ildən başlayaraq Ümumdünya Köçərilər Oyunları keçirilməyə başlanıb. Bu oyunların türkdilli dövlətlər arasında gələcək əməkdaşlığın və dostluğun genişlənməsində və dərinləşməsində böyük töhfəsi olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin ölkədə idmana göstərdiyi diqqət, milli idman növlərimizin inkişafı üçün göstərdiyi qayğı hər zaman dünya ölkələrinin diqqət mərkəzində olub.
Azərbaycan bütün idman növlərində olduğu kimi, köçərilər oyunlarında da uğurla çıxış etmiş, 62 ölkə arasında 15 medal (4 qızıl, 4 gümüş, 7 bürünc) qazanaraq 5-ci yeri tutub.
Modern.az