Modern.az

“Müxalifət getdikcə hörmətdən düşəcək”

“Müxalifət getdikcə hörmətdən düşəcək”

Aktual

9 Sentyabr 2016, 12:11

 

10-15 il bundan əvvəl Azərbaycanda müxalifətin fəal olduğu müşahidə edilirdi. Ancaq son dövrlər, müxalifətin fəaliyyəti zəifləyib. Bunun səbəbi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatı Eldar İbrahimov bildirib ki, müxalifətin zəifləməsinin səbəbi ölkədə gedən inkişafla bağlıdır.

 

“Bir neçə il bundan müxalifət çox fəal idi.15-20 il əvvəl müxalifət çox fəal idi. Müəyyən narazı kütləni cəlb edirdilər.

Ancaq indiki dövrdə bunu etmələri mümkün deyil. Çünki ölkənin sürətli inkişafını görən heç kəs gedib ölkəsinə müxalif ola bilməz. Ölkəmizdə olan azadlıq, demokratiya, söz azadlığı, vətəndaşlara göstərilən diqqət, qayğı nəticəsində hamı ölkəsinə, prezidentinə güvənir. Bunlardan sonra müxalifətin arxasınca heç kim getməz”.

 

Eldar İbrahimov deyib ki, müxalifət illərdir boş-boş gözləmə mövqeyindədir.

 

“Gözləyib nəyi dəyişdirəcəklər?!  Ortada onların mövqeyi yoxdur. Çünki xalqın rifah səviyyəsi qalxıb. Xalq başa düşür ki, ümidi ancaq bugünkü iqtidardır. Bu yaxınlarda referendum keçiriləcək. İnsanlar referendumun mahiyyətini çox yaxşı başa düşür və yüksək səviyyədə qarşılayır.

 

Hamı başa düşür ki, müxalifətin boş-boş şər-böhtandan başqa heç bir fəaliyyəti yoxdur. Müxalifət getdikcə daha da hörmətdən düşəcək”.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi