Modern.az

“Range Rover” Bakıda dövlətə 8 min ziyan vurdu - FOTOLAR

“Range Rover” Bakıda dövlətə 8 min ziyan vurdu - FOTOLAR

Aktual

9 Sentyabr 2016, 13:31

Dünən gecə saatlarında Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş avtomobil qəzası baş verib.

Bu haqda “Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumatda bildirilib.

Belə ki,  “Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırıb, nəticədə avtonəqliyyat vasitəsi piyada keçidinə düşüb.

 Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib.  Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi