Sentyabrın 9-da YAP Siyəzən rayon təşkilatının qərargahında Siyəzən rayon qadınları ilə görüş keçirildi. İclası giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında danışdı.
Daha sonra Milli Məclisin deputatı Tahir Süleymanov ətraflı məlumat verdi.Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçiriləcəyini bildirdi. O, Konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu vurğuladı.
Son illər ərzində ölkəmizdə bütün sahələrdə dinamik inkişafın müşahidə olunduğunu və bu səbəbdən qanunvericilik bazasının təkmilləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını söylədi.
Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin siyasi əhəmiyyətini qeyd edərək bu təşəbbüsün Azərbaycanın növbəti uğurlarına hədəfləndiyini bildirdi.
Deputatın sözlərinə görə cəmiyyət inkişaf etdikcə Konstitusiyada əlavələr və dəyişikliklər etmək zərurəti yaranır.
T.Süleymanov bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər 29 maddəni əhatə edir. Bunlardan 23-ü müvafiq maddələrin dəyişiklikləri, 6-sı isə yeni əlavələri nəzərdə tutur. Dəyişiklik və əlavələrdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, qanunvericilik və icra hakimiyyətində idarəetmə sisteminin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapmışdır.
Deputat Azərbaycan cəmiyyətinin daim inkişaf etdiyini və bu inkişafın nəticəsi olaraq cəmiyyətimizdə daha mütərəqqi və təkmilləşdirilmiş qanunların tətbiq edilməsi zərurətinin yarandığını qeyd etdi. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı referendum aktı layihəsinin yüksək əhəmiyyətini vurğuladı.
T.Süleymanov müxtəlif illərdə konstitusiyaya edilən əlavə və dəyişikliklərin xalqımızın dəstəyi ilə qəbul edildiyini və növbəti referendumun da məhz xalqımız tərəfindən yüksək etimadla baş tutacağına əminliyini ifadə etdi.
Daha sonra YAP Siyəzən Qadınlar Şurasının sədri Ramilə Seyidova və Siyəzən şəhər2 saylı tam orta məktəbin müəllimi Səadət Əsədullayeva çıxış etdilər.