İtaliyanın Amatriçe şəhərində zəlzələdən 16 gün sonra axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altında sağ qalan pişik aşkarlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, milli yanğınsöndürmə xidmətinin əməkdaşları dağıntılar altından iki həftədən çoc təmizhavasız, yemək və susuz qalan pişiyi çıxarıblar.
Məlumatda qeyd edilir ki, xilasedicilət onun mıyıltısını eşidiblər. Petro ləqəbli pişik yerli veterinar klinikalardan birinə kritik vəziyyətdə gətirilib. Onun yaşayıb-yaşamayacağı bilinmir.
Bundan əvvəl, Amatriçedəki təbii fəlakət zonasında 10 gün sonra dağıntılar altından bir it xilas edilib.
Avqustun 24-də İtaliyanın mərkəzi hissəsindəki dağlıq ərazidə baş verən 6 bal gücündə zəlzələ nəticəsində 279 nəfər həlak olub. Dağıntılar altından xilas edilənlərin sayı 238 nəfər olub. Yüzlərlə adam yaralanıb, 2,5 min nəfər yaşayış yerindən məhrum olub.
Modern.az