Modern.az

Saqqallı qadın Ginnesin rekordlar kitabına düşdü

Saqqallı qadın Ginnesin rekordlar kitabına düşdü

Aktual

9 Sentyabr 2016, 14:39

Böyük Britaniyadan olan 24 yaşlı Qarnam Kaur saqqalı olan ən gənc qadındır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu fakt artıq Ginnesin rekordlar kitabına yazılıb.

O, uzun illərdir hormonal pozuntudan əziyyət çəkir: onun yumurtalıq polikistoz sindromu olduğundan üzündə saçlarının sayı həddən artıqdır.

Qarnam saqqalını qırdırmır, çünki bunu zahiri görünüşündəki çoxillik mənəvi problemdən qurtulmaq cəhdi kimi qəbul etmir.

Bundan əlavə, o 16 yaşından sikhizmə etiqad edir. Bu din bədəndəki tüklərin qırxılmasını qadağan edir.

Qarnam 2016-cı ildə Londonda keçirilən moda həftəsi zamanı podiuma çıxan ilk saqqallı qadın olub.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi