YAP Siyəzən rayon təşkilatının qərargahında ilk dəfə səs verən gənclərlə görüş keçirilib.
İclası giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında danışıb.
Daha sonra Milli Məclisin deputatı Tahir Süleymanov ətraflı məlumat verib.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı və Konstitusiyaya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçiriləcəyini bildirib.
Modern.az