Dünya Azərbaybaycanlıları Assambleyası beynəlxalq ictimai təşkilat olaraq Almaniya məhkəmə orqanı tərəfindən rəsmən qeydiyyata alınıb.
Qurumun rəhbəri Rəşad Quliyevin Modern.az-a verdiyi məlumata görə, təşkilat 12 ölkədən olan təmsilçinin iştirakı ilə rəsmi qurumlara sənədlərini bir müddət öncə təqdim etmişdi.
Bugünlərdə təşkilatın rəsmi strukturlarına keçirilmiş seçkilərlə bağlı məlumatın da təqdim olunacağını deyən R.Quliyev bildirib ki, Dünya Azərbaycanlıları Assambleyası Azərbaycan müstəillik tarixindən bugünə qədər yaranmış ilk beynəlxalq ictimai təşkilatdır.
Təşkilatın mərkəzi ofisi Almaniyanın Köln şəhərində fəaliyyət göstərəcək.