Modern.az

333 nəfərin Azərbaycandan çıxışı qadağan olundu

 333 nəfərin Azərbaycandan çıxışı qadağan olundu

Aktual

9 Sentyabr 2016, 16:14

 

Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergiödəyicilərin siyahısı açıqlanıb.

 

Modern.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergiödəyici vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

 

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

 

Siyahıda 333 fiziki və 452 hüquqi şəxsin adı var.

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslər

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi