Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva Mərakeşdə səfərdədir.
Gənclər və İdman Nazirliyi ilə Mərakeş Krallığının Gənclər və İdman Nazirliyi arasında imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq bir qrup azərbaycanlı gənc Mərakeş Krallığında səfəri çərçivəsində gənclər Kasablanka, Rabat, Merakes, Essouria, Ağadir şəhərlərində bir sıra tarixi memarlıq abidələrilə tanış olub, Azərbaycanın Mərakeşdəki səfirliyi və Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin, Gənclər təşkilatlarının nümayəndələrilə görüşlər keçiriblər.
Görüşlərdə gənclərimiz Mərakeşli həmyaşıdlarına Azərbaycanın tarixi, mədəniyyəti, işğal altında olan Qarabağ barədə, Ermənistanın hərbi təcavüzü haqqında ətraflı məlumat veriblər.