Modern.az

“Elmlər Akademiyası” stansiyasının birinci vestibülü açılacaq

“Elmlər Akademiyası” stansiyasının birinci vestibülü açılacaq

Aktual

10 Sentyabr 2016, 12:04

Sentyabrın 15-də metronun “Elmlər Akademiyası” stansiyasının birinci vestibülü sərnişinlərin istifadəsinə veriləcək.

 

Bu haqda Modern.az-a məlumat verən “bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, birinci vestibül plan üzrə oktyabrın 10-da açılmalı idi:

 

“Amma qış qrafikinə keçid və sərnişin sıxlığını nəzərə alaraq stansiyanın əsas girişini sentyabrın 15-də istifadəyə verməyi planlaşdırırıq. Hazırda son tamamlanma işləri gedir.

Qeyd edək ki, aprel ayının 15-dən “Elmlər Akademiyası” stansiyasının birinci vestibülü təmirə bağlanıb. Təmirdə əsas məqsəd istifadə müddəti bitmiş “ET-3” tipli 3 eskalatorun dəyişdirilməsi idi.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı