Modern.az

Xəzərdə daha bir neftçi faciəsi - Ölən var

Xəzərdə daha bir neftçi faciəsi - Ölən var

Aktual

10 Sentyabr 2016, 16:10

Xəzər dənizində bədbəxt hadisə baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub.

 

Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir.

 

Hazırda onun axtarışları davam etdirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı