Modern.az

"Hakimiyyət daxilində insanları narazı salan qüvvələr var"- Siyavuş Novruzov

"Hakimiyyət daxilində insanları narazı salan qüvvələr var"- Siyavuş Novruzov

Aktual

11 Sentyabr 2016, 21:19

"Radikal müxalifətin bu mitinqi əvvəlki mitinqlərdən heç nə ilə fərqlənmədi”. Modern.az saytı xəbər verir ki, bunu virtualaz.org-a Milli Şuranın bugünkü aksiyasını şərh edərkən hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

 

"Mitinqə gələnlər AXCP üzvləri və ya Əli Kərimlinin tərəfdarları deyildilər. Ola bilsin bu insanlar sadəcə sosial-iqtisadi vəziyyətdən narazıdırlar. O da mümkündür ki, hakimiyyətdaxili qüvvələr arasında bu narazılığı qəsdən yaradanlar var. Və biz indi məhz bu məsələ üzərində işləməliyik. Mitinqdə Əli Kərimlinin tərəfdarları isə cəmi 1000 nəfərə yaxın idi”, - deyə S. Novruzov vurğulayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı