Modern.az

Hərbi hissələrdə "Açıq qapı" günü təşkil edilib - FOTOLAR

Hərbi hissələrdə "Açıq qapı" günü təşkil edilib - FOTOLAR

Aktual

11 Sentyabr 2016, 21:33

Azərbaycan Müdafiə naziri Zakir Həsənovun  tapşırığına əsasən Qurban bayramı ərəfəsində hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib.

 

Modern.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, gün ərzində ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

 

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlər müzakirə edilib, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı