Modern.az

Metsamor fəaliyyətini dayandırdı

Metsamor fəaliyyətini dayandırdı

Aktual

14 Sentyabr 2016, 11:23

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) təmirə dayandırılacaq.

 

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu stansiyanın direktoru Movses Vardanyan bildirib.

 

O bildirib ki, AES-də təmir işləri sentyabrın 20-də başlayacaq:

 "Təmir işləri 61 gün davam edəcək və noyabrın 20-də yekunlaşacaq. Bu tarixdən sonra yenidən istismara veriləcək".

 

Xatırladaq ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bəyan edib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər.

 

Bu ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına 2017-ci ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqda məlumat yayılmışdı.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı